Azərbaycan Çexiyadan arpa tədarük etməyə başlayıb

ASK
  • 30 avqust, 2023
  • 11:12
Azərbaycan Çexiyadan arpa tədarük etməyə başlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 131,2 min ABŞ dolları dəyərində 637,3 ton arpa alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 24 % azdır.

Hesabat dövründə Azərbaycana Rusiyadan 105,76 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 70 % azdır) 531,65 ton (-36 %), İrandan 20,94 min ABŞ dolları dəyərində 101,61 ton (3 il 5 aydan sonra tədarük bərpa edilib) və Çexiyadan 4,48 min ABŞ dolları dəyərində 4 ton məhsul idxal edilib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çexiyadan tədarük həyata keçirilib.

44 filmi