Azərbaycan çay idxalını 19 %-dək artırıb

ASK
  • 26 fevral, 2022
  • 12:01
Azərbaycan çay idxalını 19 %-dək artırıb

Azərbaycan 2022-ci ilin yanvar ayında 844 ton çay idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 4 milyon 005 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar ayı ilə müqayisədə 133 ton (18,7 %), dəyər ifadəsində isə 1 milyon 488 min ABŞ dolları (59,1 %) çoxdur.

Çay idxalı Azərbaycanın ümumi idxalının 0, 41 %-ini təşkil edib.

2022-ci ilin yanvar ayında Azərbaycan 267 min ABŞ dolları dəyərində 36 ton çay ixrac edib. Bu, 2021-ci ilin yanvar ayı ilə müqayisədə miqdar ifadəsində 68 ton (65 %), dəyər ifadəsində isə 493 min ABŞ dolları (64,7 %) azdır.

Qeyd edək ki, Azərbaycanda 2021-ci ildə ölkədə 1 min 177,7 ton yaşıl çay yarpağı yığılıb. Bu, 2020-ci illə müqayisədə 26,4 % çoxdur.