Azərbaycan Braziliyadan yemiş toxumu almağa başlayıb
- 12 may, 2025
- 10:56
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 171 min ABŞ dolları dəyərində 0,22 ton yemiş toxumu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 11 % çoxdur.
Hesabat dövründə Azərbaycan Tailanddan 146,15 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 0,17 ton (+3 dəfə), Braziliyadan 8,72 min ABŞ dolları dəyərində 0,01 ton, Tayvandan 6,55 min ABŞ dolları dəyərində 0,02 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 5,76 min ABŞ dolları dəyərində (-13 %) 0,01 ton (dəyişməyib), Türkiyədən 3,64 min ABŞ dolları dəyərində (+17 %) 0,01 ton (-92 %) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Braziliyadan tədarük həyata keçirilib.