Azərbaycan Avstriyadan soya idxalını iki dəfədən çox artırıb

ASK
  • 05 sentyabr, 2023
  • 14:23
Azərbaycan Avstriyadan soya idxalını iki dəfədən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 5,2 milyon ABŞ dolları dəyərində 7 min 483 ton soya paxlası idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 26 % azdır.

Hesabat dövründə Azərbaycan Braziliyadan 3,58 milyon ABŞ dolları dəyərində 5 min 500 ton (bir il əvvəl tədarük olmayıb), Ukraynadan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 79 % azdır) 1 min 912 ton (-81 %), Türkiyədən 101,61 min ABŞ dolları dəyərində (-66 %) 45,23 ton (-72 %), Avstriyadan 71,83 min ABŞ dolları dəyərində (+3 dəfə) 23,94 ton (+2,2 dəfə) və Hindistandan 1,68 min ABŞ dolları dəyərində (+44 %) 1,13 ton (+13 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (8 ölkədən) idxal edilmiş 40 min 287 ton soya paxlasının 65,2 %-i Ukraynanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti