Azərbaycan Avstraliyadan badam alışını kəskin artırıb

ASK
  • 03 oktyabr, 2023
  • 12:14
Azərbaycan Avstraliyadan badam alışını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən 2,5 milyon ABŞ dolları dəyərində 466 ton badam alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 48 %, kəmiyyət olaraq – 63 % çoxdur.

Azərbaycan Amerika Birləşmiş Ştatlarından 2,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 53 % çoxdur) 439 ton (+71 %), Avstraliyadan 129 min ABŞ dolları dəyərində (+3,8 dəfə) 20 ton (+4 dəfə), Türkiyədən 15 min ABŞ dolları dəyərində (-17 %) 2,91 ton (+7,4 %), İrandan 14,98 min ABŞ dolları dəyərində (+2,5 %) 2,14 ton (+10,3 %), Lüksemburqdan 13,98 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 0,68 ton (+79 %) badam idxal edib.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 741 ton badamın 91 %-i ABŞ-nin payına düşüb.