Azərbaycan 3 ölkəyə soğan ixracını bərpa edib
- 11 sentyabr, 2023
- 12:21
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 5,7 milyon ABŞ dolları dəyərində 18 min 586 ton soğan ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq 6,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 2,27 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 5 min 506 ton (+2,3 dəfə), Ukraynaya 2,1 milyon ABŞ dolları dəyərində (+471 dəfə) 6 min 758 ton (+308 dəfə), Gürcüstana 1,2 milyon ABŞ dolları dəyərində (+35 dəfə) 5 min 856 ton (+34 dəfə), Moldovaya 48,21 min ABŞ dolları dəyərində 190,33 ton, Belarusa 30,92 min ABŞ dolları dəyərində (-17 %) 103,7 ton (-30 %) məhsul satıb.
Azərbaycan 4 ilin tamamında Türkmənistana (22,41 min ABŞ dolları dəyərində 124,5 ton), 2 il 2 aylıq fasilənin ardından Polşaya (5,6 min ABŞ dolları dəyərində 21,5 ton) və 3 il 6 aydan sonra Moldovaya soğan tədarükü bərpa edib.