Azərbaycan 2 ölkəyə fındıq ixracını kəskin artırıb
- 15 sentyabr, 2023
- 13:09
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 64,32 milyon ABŞ dolları dəyərində 12 min 919 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8,3 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 28,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 42 % çoxdur) 6 min 274 ton (+64 %), Almaniyaya 13,12 milyon ABŞ dolları dəyərində (+24 %) 2 min 327 ton (+39 %), İtaliyaya 9 milyon ABŞ dolları dəyərində (-62 %) 1 min 607 ton (-57 %), İsveçrəyə 4,7 milyon ABŞ dolları dəyərində (+5,5 dəfə) 780 ton (+5,6 dəfə), Türkiyəyə 1,91 milyon ABŞ dolları dəyərində (+18 dəfə) 376 ton (+18 dəfə) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (22 ölkəyə) ixrac edilmiş 21,9 min ton fındığın 52,5 %-i Rusiyanın payına düşüb.