Assosiasiya: "Daxili bazar üçün meyvə-tərəvəz məhsullarımız boldur"

Assosiasiya: "Daxili bazar üçün meyvə-tərəvəz məhsullarımız boldur" “Hazırda Azərbaycanda daxili bazarda satılan meyvə-tərəvəz məhsulları bol olduğu üçün onların qiymətləri stabildir”.
ASK
3 Avqust , 2022 12:39
Assosiasiya: Daxili bazar üçün meyvə-tərəvəz məhsullarımız boldur

“Hazırda Azərbaycanda daxili bazarda satılan meyvə-tərəvəz məhsulları bol olduğu üçün onların qiymətləri enib”.

Bunu “Report”a "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev bildirib.

O, meyvə-tərəvəzlə bağlı əsas mövsümlərin artıq bitdiyini bildirib:

“Hazırda Xaçmaz ərazisində açıq sahələrdə daxili bazara satılan tərəvəzlər yetişir. Sentyabra yaxın xiyar yetişəcək. İndi həmin açıq sahələrdə daxili bazar üçün badımcan, bibər kimi məhsulların yetişmə mövsümüdür. Bu il də iqlim şəraiti ilə əlaqədar mövsüm 10-15 gün gecikdi. Buna görə də iyun ayında meyvə-tərəvəzin bir qədər qıtlığı var idi. Amma hazırda meyvə-tərəvəz məhsulları boldur. Ona görə də meyvə-tərəvəzin qiymətində eniş hiss olunur. Qeyd etdiyim açıq sahələrdə məhsul yığılandan sonra mövsüm yekunlaşmağa doğru gedəcək. Hazırda ölkədə kartof yığımı dövrüdür. Tovuzda kartof yığımı bitib, Qazaxda isə yeni başlayıb və davam edir. Tovuzda xəstəlik yayılmışdı, ona görə də bu il kartofla bağlı məhsuldarlıq bir qədər aşağıdır. Qazaxda isə xəstəlik o dərəcədə yayılmayıb”.

B.Quliyev Azərbaycanın meyvə-tərəvəz ixracı ilə bağlı da danışıb:

“Artıq tək çəyirdəkli meyvələrin əsas ixrac mövsümü bitib. Onlar yığılıb ixrac olundu. Soyuducalara qoyulmuş tək çəyirdəkli meyvələr də avqustda ixrac olunub bitəcək. İyulun əvvəlində pomidor mövsümü yekunlaşıb və oktyabrın sonundan yenidən başlayacaq. Hazırda ixrac yoxdur. İxrac dövründə logistika zəncirində böyük problemlərimiz olur. Bu il daşıma xərclərimiz iki dəfə artıb. Bunun səbəbi kimi Rusiya-Ukrayna müharibəsinin getməsi nəticəsində daşımaların trayektoriyasının dəyişdirilməsi göstərilir. Əvvəllər 2 min ABŞ dollarına olan Bakı-Moskva daşımasının qiyməti 4 500-5 000 ABŞ dollarına çatıb. Bu isə təəssüf ki, satışa müsbət təsir etmir. Çünki bazarda digər ölkələrlə rəqabət var. Nəticədə istehsalçının xərci artır və mənfəəti azalır”.

Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 % artaraq 328,1 milyon ABŞ dolları təşkil edib

Son xəbərlər

Orphus sistemi