Assosiasiya: "Bəzi müəssisələr toyuq ətinə normadan çox su vurur"

Assosiasiya: "Bəzi müəssisələr toyuq ətinə normadan çox su vurur" Azərbaycanda kiçik broyler müəssisələri toyuq ətinə normadan çox su vurur.
ASK
18 Aprel , 2022 14:36
Assosiasiya: Bəzi müəssisələr toyuq ətinə normadan çox su vurur

Azərbaycanda kiçik broyler müəssisələri toyuq ətinə normadan çox su vurur.

“Report” xəbər verir ki, bunu "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" (APEPEA) İctimai Birliyinin sədri Mürvət Həsənli Qida Təhlükəsizliyi Agenliyinin (AQTA) rəhbərliyi ilə görüşdə bildirib.

"Narahatedici məsələ kiçik kəsim müəssisələrinin toyuq ətinə normadan çox su vurması nəticəsində ümumilikdə broyler məhsuluna münasibətin pisləşməsidir. Qida təhlükəsizliyi dövlətin milli strateji təhlükəsizliyinin tərkib hissəsidir: “Bu baxımdan, AQTA-nın üzərinə böyük məsuliyyət düşür. Biz Agentliklə yaxşı əməkdaşlıq edirik. Bir neçə dəfə ölkəyə yaşlıq quşların, istehsal müddəti göstərilmədən quş əti və yumurta idxalına dair faktları qurumun müvafiq qurumlarına təqdim etmişik və dərhal da tədbir görülüb. Assosiasiya üzvü olan istehsalçıların bir sıra problemləri var. Bunlardan biri pərakəndə ticarət şəbəkələrində saxlama avadanlıqlarının normalara cavab verməməsidir. Quş əti üçün zəruri olan temperatur rejimi təmin edilmir, nəticədə məhsulun keyfiyyəti aşağı düşür. Eyni zamanda geriqayıtma faizi yüksəlir ki, bu da bizə zərər vurur", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi