Aqroturizmlə məşğul olan fermerlərin bazara çıxışı asanlaşdırılıb

Aqroturizmlə məşğul olan fermerlərin bazara çıxışı asanlaşdırılıb Kənd Təsərrüfatı Nazirliyinə aid "Aqrar Tədarük və Təchizat" ASC-nin dəstəyi ilə həyata keçirilən "Şəhərdən Kəndə" layihəsi çərçivəsində elektron aqroturizm platforması yaradılıb, fermerlər platforma vasitəsilə məhsullarını sata biləcəklər.
ASK
6 İyun , 2022 13:23
Aqroturizmlə məşğul olan fermerlərin bazara çıxışı asanlaşdırılıb

Kənd Təsərrüfatı Nazirliyinə aid "Aqrar Tədarük və Təchizat" ASC-nin dəstəyi ilə həyata keçirilən "Şəhərdən Kəndə" layihəsi çərçivəsində elektron aqroturizm platforması yaradılıb, fermerlər platforma vasitəsilə məhsullarını sata biləcəklər.

“Report” xəbər verir ki, bunu “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Zaur Bayramov deyib.

Z.Bayramov bildirib ki, sözügedən platforma gələcəkdə elektron ticarət platforması kimi istifadəyə veriləcək: “Həmçinin, mobil tətbiq də istifadəyə veriləcək. Məsafədən məhdudiyyəti olmadan fermerlər elektron aqroturizm platforması vasitəsilə məhsullarını sata biləcəklər”.

Onun sözlərinə görə, Azərbaycanda aqroturizmin potensialı genişdir: “Aqroturizm sahəsində fəaliyyəti göstərmək istəyən fermerlər çoxdur. “Şəhərdən kəndə” layihəsi çərçivəsində fermerlərə bir sıra istiqamətlərdə dəstək göstərilməsi planlaşdırılır. Artıq aqroturizm fəaliyyəti ilə məşğul olan fermer təsərrüfatlarının xidmət çeşidliyini artırmaq istiqamətində layihə həyata keçirilir. Digər istiqamət budur ki, aqroturizm fəaliyyəti ilə məşğul olmaq istəyən fermerlərə dəstək göstəririk. Aqroturizm fermerlər üçün yerində satış imkanı yaradır. Yerində məhsulları təqdim etməklə daha çox gəlir əldə etmiş olurlar”.

Z.Bayramov deyib ki, “Şəhərdən kəndə” layihəsi 2020-ci ilin yanvarından fəaliyyətə başlayıb: “Ümumilikdə layihədə 220-ə yaxın müraciət edən fermer var. Bu müraciətçilərdən 130-dan çoxunun təsərrüfatına baxış keçirilib. 100- ə yaxın fermer təlimlərə cəlb edilib. Onların bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətlərə cəlb edilib. Beş təsərrüfatda yaxşılaşdırma işləri aparılıb. Dörd təsərrüfatda yaxşılaşdırma işləri davam edir. Layihədə əsas turizm marşrutlarının üzərində yerləşən təsərrüfatlar bizim üçün prioritetdir”.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkədə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Son xəbərlər

Orphus sistemi