“2019-2020-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı, ovçuluq və balıqçılıq sahələrində 4,7%-lik artım gözlənilir”.
“Report” xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının “Market Analysis Azerbaijan 2019” ("Bazarın təhlili Azərbaycan-2019") nəşrində bildirilir.
Sənəddə deyilir ki, adı çəkilən sahələrdə 2015-2018-ci illərdə illik orta hesabla, təxminən, 4,6% artım müşahidə edilib: “2019-2020-ci illərdə hökumət, təqribən, illik 4,7% artım gözləyir. Kənd təsərrüfatı, ovçuluq və balıqçılıq sektoru 2017-ci ildə ölkənin əlavə dəyərinin, təxminən, 5,5%-ni təmin edib və 1,8 millon insanı işlə təmin edib. Bu isə Azərbaycanın işçi qüvvəsinin 2/5-ni əhatə edir və kənd təsərrüfatı istehsalında aşağı səmərəliliyi göstərir. Dünya Bankının hesabatında isə bildirilir ki, Azərbaycan imkanlarından səmərəli istifadə etməklə qida məhsullarının istehsalını 3 dəfədən çox artıra bilər".