Aİ-nin Azərbaycanda kənd təsərrüfatı ilə bağlı proqramı yekunlaşıb

Aİ-nin Azərbaycanda kənd təsərrüfatı ilə bağlı proqramı yekunlaşıb Layihənin yekunları Kənd Təsərrüfatı Nazirliyi və Avropa İttifaqı tərəfindəən müzakirə edilib
ASK
17 İyul , 2015 10:20
Aİ-nin Azərbaycanda kənd təsərrüfatı ilə bağlı proqramı yekunlaşıb

Bakı. 17 iyul. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard ilə görüşüb. Görüşdə "Kənd təsərrüfatı və kənd yerlərinin inkişafına büdcə dəstəyi Proqramı" müzakirə olunub.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, M.Mard Aİ-nin 2012-2015-ci illərdə Azərbaycan hökumətinin bir sıra tədbirlərini dəstəkləmiş "Kənd təsərrüfatı və kənd yerlərinin İnkişafına büdcə dəstəyi Proqramı"nın uğurla başa çatdığını deyib. Diplomat Aİ ölkələrinin Azərbaycandan qida məhsullarının ixracında maraqlı olduqlarını bildirərək, 1,5 il müddətində aqrar sahədə baş verən köklü dəyişikliklərin şahidi olduğunu vurğulayıb. M.Mard, həmçinin ərzaq və qida təhlükəsizliyi, regionlar və kənd yerlərinin inkişafı proqramlarının gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

H.Əsədov Aİ tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin nəticələrini yüksək qiymətləndirərək, gələcəkdə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə Aİ-nin Azərbaycanda həyata keçirdiyi layihələrə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi