Yalan danışmaq, şər atmaq, böhtan - erməni etnosunun başlıca xüsusiyyətidir. Əslində, bütün başqa fəsadlar, tərbiyəsiz davranışlar, oğurluq belə yalanlardan başlayır.
Ermənistan filmlərdəki bəzi saxtakar ailələrə oxşayırlar. Ailə özünü cəmiyyət qarşısında əzabkeş, məzlum kimi göstərir. Arxa planda isə həmin saxtakarların firavan həyatı göstərilir.
Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı illərdə də yalan danışıb, iqtisadi vəziyyətinin ağır olduğunu, Azərbaycanın onlara təzyiq göstərdiyini və başqa bu kimi uydurmalar yayıb. İndi də ona oxşar yalanlar söyləyir. Onda da xeyriyyə marafonu keçirib müxtəlif ölkələrdən pul toplayırdılar, indi də.
İtalyan yazıçı və jurnalist Karlo Kollodinin XIX əsrdə yazdığı “Pinokkionun macəraları. Ağac kuklanın tarixi” adlı nağılın qəhrəmanı Pinokkiodur (mənası “küknar toxumu” deməkdir).
Pinokkionun başlıca xüsusiyyəti yalan danışanda burnunun uzanmasıdır.
Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası aparan Ermənistan hökuməti, KİV, müxalifətli-iqtidarlı yuxarıda qeyd etdiyimiz kimi saxtakar ailəni xatırladırlar.
Ermənistan 2020-ci il noyabrın 10-u bəyanatının müddəalarını yerinə yetirib, ikitərəfli münasibətlərin normallaşması istiqamətində addımlar atmaqdansa, beynəlxalq ictimaiyyətin diqqətini yalan və saxta iddialara yönəltməyə cəhd göstərir.
Laçın yolu ilə bağlı “humanitar fəlakət” ətrafında ermənilərin saldığı hay-küyün əsas hədəfi sülh danışıqlarından diqqəti yayındırmaq və Azərbaycanın irəli sürdüyü şərtlərə əməl etməməkdir. Ermənilər sülh müqaviləsinin imzalamamaqla ondan ikitərəfli münasibətlərin normallaşmasına təzyiq vasitəsi kimi yararlanmağa çalışırlar.
Onlar hesab edir ki, sənədi imzalamamaq rəsmi İrəvanın yeganə təzyiq alətidir. Odur ki, bütün imkanlarını bu addımı atmamağa səfərbər ediblər. Yeri gəlmişkən, Rusiyada da sülh müqaviləsinin imzalanmasına qarşı çıxışlar var. Bu baxımdan Ermənistanın Laçın yolu ilə bağlı iddiaları və yalanlarının arxasında Moskvanın da durması ehtimalı var. İrəvan və Moskva Ukraynadakı hadisələr Rusiyanın istədiyi kimi başa çatanadək vaxtı uzatmaq istəyir. Odur ki, saxta iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar.
İrəvanın dezinformasiya ilə məşğul olmasını avqustun 15-də Ermənistan KİV və rəsmilərinin yaydığı yalan məlumat da təsdiqlədi. Belə ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Avropa İttifaqı mülki müşahidə missiyasına guya atəş açdığına dair məlumat yaydı. Bu yalanın üstündən heç 40 saat keçmədi və missiya Ermənistan Müdafiə Nazirliyinin məlumatının əsassız olduğunu əks etdirən təkzib yaydı. Müşahidəçilər “X” səhifəsində bildirdi ki, missiyasının heç bir patrulu atəş hədəfi olmayıb.
Bu, ermənilərin Avropa İttifaqı missiyasından belə Azərbaycana qarşı alət olaraq istifadə etdiklərini bir daha isbatlayır.
Ermənistan və havadarları Azərbaycan torpaqlarının işğal altında qaldığını 30 il görməzlikdən gəldilər. Onlar bu əraziləri Azərbaycana unutdurmaq yolunu tutmuşdular.
İndi də insanlıq üçün utancverici məsələlərdən istifadə edirlər. Guya Qarabağda ermənilər “acından ölür”, yaxud “xəstə müalicə edilmədiyi üçün ölüb”, “körpə ölü doğulub” və s. bu kimi cəfəng xəbərlər yayırlar. Afrika və Asiyanın bir sıra ölkələri istisna olmaqla dünyanı heç bir yerində insanlar acından ölmür. Körpələrin ölümü ilə bağlı məsələyə gəldikdə, bu da inandırıcı və ya “humanitar fəlakət”ə arqument ola bilməz. Çünki dünyanın əksər ölkəsində təəssüf ki, körpələr doğuş zamanı ölür. Ermənistan isə doğuş zaman ölən körpələrin sayına görə aparıcı yerdə qərarlaşıb.
Bir müddət əvvəl Ermənistan KİV-də "Mətbuat milli klubu"nun rəhbəri Narine Mkrtçyanın “Böyük yalan” adlı yazısı yayılmışdı. Müəllif məqaləsində Ermənistanda yalan danışmaq üzrə yarış getdiyini bildirib: “Ermənistan ictimaiyyəti və hakimiyyəti ümumerməni yalanlarının pəncəsindən nəinki xilas ola bilmir, əksinə daha çox yalan və hiylənin palçıqlı girdabına düşür...”. Onun sözlərinə görə, yalan Ermənistanda mükafatlandırılır: “Erməni həyatında iqtidar-müxalifət, kasıb-varlı, savadlı-savadsız daim yalan danışır. Ermənistanda yalanlar artıq sadəcə nağıl deyil, siyasi konsepsiyaya və reallığa çevrilib. Hər yerdə və dayanmadan yalan danışırlar, kortəbii və göstərişlərə uyğun olaraq yalan danışırlar...”.
Narinenin yazısı da Ermənistanın pinokkiolar ölkəsi olduğunu təsdiqləyir. Azərbaycana qarşı yalan danışanlar, ermənilərin havadarları, habelə özlərini normallaşma prosesində beynəlxalq vasitəçi rolunda görənlər davranış və çıxışları ilə bu nağıl qəhrəmanının burnunu dartıb uzatmaqla məşğuldurlar. Hər kəsə aydındır ki, Laçın yolu, Xankəndi də daxil olmaqla Azərbaycandır. Həmin ərazidə suveren hüquqlarını, təhlükəsizliyini təmin etmək, bu torpaqlarında yol göstərmək də onun haqqıdır. Bunu bilənlərin yalanı dəstəkləməsi reallıqdan qaçmaq, ona göz yummaqdır. Belələri 30 il bunu etdi. Müharibə onların da, həqiqəti görməzlikdən gələnlərin də gözlərini açdı. Necə deyərlər: “Haqq nazilər, ancaq üzülməz”.