Bakı. 26 oktyabr. REPORT.AZ/ "Neft bazarındakı dəyişkənlik Səudiyyə Ərəbistanının ölkənin İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı faciənin əks-sədasının tezliklə minimallaşdırılmasında maraqlı olması ilə bağlıdır".
Bu barədə "Report"a rusiyalı ekspert, iqtisad elmləri doktoru, professor Nikita Kriçevski bildirib.
Onun sözlərinə görə, bunun nəticəsində Səudiyyə Ərəbistanı bazara əlavə neft tədarükü təklif edir və neftin qiymətinin azaldılması məsələsində Səudiyyə Ərəbistanının əsas müttəfiqi ABŞ-dır.
"Səudiyyə Ərəbistanının əsas tərəfdaşı və müttəfiqi cənab Trampın simasında ABŞ-dır. Onlar ABŞ-da bu il noyabrın 6-da Konqresə keçiriləcək aralıq seçkilərinə qədər neftin qiymətinin azalmasında maraqlıdırlar. Çünki belə olanda ev təsərrüfatı xərcləri - isitmə sistemi, elektrik enerjisi və ümumilikdə, yanacaq qiymətləri də azalacaq. Burada onlar birgə hərəkət edirlər", - N.Kriçevski deyib.
Rusiyalı ekspert, iqtisad elmləri doktoru, professor Nikita Kriçevski
Səudiyyə Ərəbistanının əsas tərəfdaşı və müttəfiqi cənab Trampın simasında ABŞ-dır. Onlar ABŞ-da bu il noyabrın 6-da Konqresə keçiriləcək aralıq seçkilərinə qədər neftin qiymətinin azalmasında maraqlıdırlar
Nikita KrichevskyRusiyalı ekspert, iqtisad elmləri doktoru, professor Nikita Kriçevski
Professor vurğulayıb ki, yuxarıda qeyd olunan səbəblərdən başqa, indi dünya bazarlarında ümumi narahatlıq var və neft isə xammaldan çox, dünya arenasındakı müxtəlif vəziyyətlərdən asılı olan fond məhsuludur.
Qeyd edək ki, "Brent" markalı neftin dekabr fyuçersləri Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, 0,83% azalaraq 76,25 dollar/barelə düşüb.
WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti isə Nyu-York birjasında 1,08% azalaraq 66,60 dollar/barelə enib.