“Report”: Qlobal neft və maliyyə bazarları yenidən “çalxalanır” - ANALİTİKA

“Report”: Qlobal neft və maliyyə bazarları yenidən “çalxalanır” - ANALİTİKA Neft ucuzlaşmaqda, ABŞ dolları bahalaşmaqdadır
Analitika
13 İyul , 2018 16:00
“Report”: Qlobal neft və maliyyə bazarları yenidən “çalxalanır” - ANALİTİKA

Bakı. 13 iyul. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) iyunun 22-də keçirilmiş son sammitində gündəlik neft hasilatının həcminin 1 mln. barel artırılmasına qərar verilmişdi.

“Report”un analitik qrupu bildirir ki, artıq dünya neft bazarında bu qərarın icrasına başlandığı hiss olunur.

Belə ki, hazırda əmtəə birjalarında “qara qızıl” qiymətləri markasından asılı olaraq 70-74 ABŞ dolları civarındadır ki, bu da əvvəlki qiymətlərlə müqayisədə, təxminən, 4 dollar azdır.

Qlobal maliyyə bazarında da gərginlik müşahidə edilir. İstisna deyil ki, bu gərginlik müəyyən qədər neftin qiymətinə də təsir edir. Məsələ ondadır ki, Avropa İttifaqına üzv ölkələr arasında “sözü bir yerə qoymaq” meylləri müşahidə olunsa da, ABŞ-la Çin arasında ticarət müharibəsinin qızışması, NATO-nun ötən gün Brüsseldə (Belçika) keçirilmiş sammitində ABŞ prezidenti Donald Trampın tərəfdaşları ilə ultimatum dilində danışması, “Əgər Alyansa üzv ölkələr müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2%-nə çatdırmasalar, amerikalılar öz maraqlarına uyğun hərəkət edəcəklər” deyərək ölkəsinin NATO-dan çıxacağı ilə bağlı digər Alyans üzvlərini hədələməsi valyuta birjalarında vəziyyəti ABŞ dollarının xeyrinə dəyişməkdədir.

Son nəticədə həm dünyanın aparıcı valyutaları, həm də inkişaf etməklə olan ölkələrin milli pulları (türk lirəsi və s.) Amerika valyutası qarşısında dəyər itirməkdədir. Məsələn, son 2 gündə TRY/USD nisbəti 4,7-dən 4,85-ə qalxıb. USD/EUR nisbəti isə 1,18-dən 1,17-yə düşüb. 

Son xəbərlər

Orphus sistemi