“Report”: 2050-ci ildə dünya tamamilə alternativ enerjiyə keçəcək - ANALİTİKA

“Report”: 2050-ci ildə dünya tamamilə alternativ enerjiyə keçəcək - ANALİTİKA Bakı. 15 fevral. REPORT.AZ/ Dünyada enerjiyə tələbat getdikcə artır.
Analitika
15 Fevral , 2019 15:39
“Report”: 2050-ci ildə dünya tamamilə alternativ enerjiyə keçəcək - ANALİTİKA

Bakı. 15 fevral. REPORT.AZ/ Dünyada enerjiyə tələbat getdikcə artır.

“Report”un Analitik qrupu bildirir ki, hazırda planetdə 1975-ci illə müqayisədə 5 dəfə çox enerji istehlak edilir.

Tələbatın sürətlə artması dünya ölkələrini ənənəvi enerji mənbələrini tədricən alternativ enerji mənbələri ilə əvəz etməyə vadar edir. Çünki mövcud neft və qaz ehtiyatları həmişə lazım olan qədər enerji istehsal etməyə imkan verməyəcək.

Hazırda dünyanın enerji balansında yeraltı təbii sərvətlərin payı 79,5%, uranın payı (nüvə enerjisi) 2,2%, günəş, külək və dalğanın (alternativ enerjinin) payı isə 18,3%-dir. Alternativ yolla əldə olunan enerjinin 48%-i istiliklə təchizata, 32%-i nəqliyyat vasitələrinin hərəkətə gətirilməsinə, qalan 20%-i isə digər sahələrə yönəldilir.

Son 1 ildə alternativ enerjinin istilikdə payı 10,3%, nəqliyyatda payı isə 3,1% artıb. Onun istehsal həcmində isə 2 dəfə artım qeydə alınıb. Bu artımı isə, əsasən, inkişaf etmiş ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Danimarka, İsveç, İslandiya, Çin, Kosta-Rika, Uruqvay, Nikaraqua, Keniya və Marakeş təmin edib. Onların bəzilərində alternativ enerjinin ölkə üzrə istehsal edilən enerjidə payı 90-100% civarındadır. Bununla yanaşı, digər ölkələr də alternativ yolla enerji istehsalında sürətlə irəliləyir. Məsələn, 85 ölkə tezliklə alternativ enerjinin payını azı 50%-ə çatdırmaq barədə düşünür.

“Report”un Analitik qrupu hesab edir ki, dünyada alternativ enerjisinin xüsusi çəkisi 2020-ci ildə azı 20%, 2035-ci ildə azı 50%, 2050-ci ildə 100% təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi