Nikol Paşinyanın ayı oynatması - təmin olunmayan maraqların təzahürü - ŞƏRH

Nikol Paşinyanın ayı oynatması - təmin olunmayan maraqların təzahürü - ŞƏRH Bakı. 20 sentyabr. REPORT.AZ/ Hakimiyyət çevrilişi nəticəsində Ermənistanın baş naziri olan Nikol Paşinyan ondan əvvəl Yerevanda iqtidarda olanlar kimi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. Bu da erməni siyasətçilərin işğalçı, terrorçu və qəsbkar mahiyyətindən xəbər verir.
Analitika
20 Sentyabr , 2018 14:54
Nikol Paşinyanın ayı oynatması - təmin olunmayan maraqların təzahürü - ŞƏRH
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ Hakimiyyət çevrilişi nəticəsində Ermənistanın baş naziri olan Nikol Paşinyan ondan əvvəl Yerevanda iqtidarda olanlar kimi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. Bu da erməni siyasətçilərin işğalçı, terrorçu və qəsbkar mahiyyətindən xəbər verir.

Sentyabrın 18-də Nikol Paşiyan Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna gəlib. O, orada ayı balaları ilə oynayıb və onların fotolarını da çəkib.

Bunun əvvəlcədən hazırlanan qurama səhnə olduğu sirr deyil. Səhnə elə qurulmuşdu ki, guya ayı balaları yolda oturub, N.Paşinyanın gəlməsini və onların fotolarını çəkməsinin gözləyirmişlər.

Əlbəttə, məqsədimiz Nikol-ayı balaları məhəbbətindən yazmaq deyil. Hakimiyyət çevrilişindən sonra bu ölkənin daxilində hökm sürən və Ermənistanla bağlı xaricdə cərəyan edən bəzi məqamları dəyərləndirmək istəyirik.

Nikol Paşinyan Ermənistan ordusunun vəziyyətinin ağır olduğunun bildiyindən onun döyüş qabiliyyətini şişirtməklə məşğuldur. Ancaq bu ölkənin əsgərinin alt paltarına belə ehtiyacı var. Başqa sözlə, cırıq çəkməli bir ordunun döyüş qüdrətindən danışmaq yersizdir. O, hökumət başçısı olduğu müddətdə işğal altında olan Azərbaycan torpaqlarına ikinic dəfə gəlməklə oradakı işğalçı qüvvələrin təmsilçilərinə ürək-dirək verməyə cəhd göstərir.

Nikol Paşinyan bu davranışı ilə arvadı Anna Akopyanın müraciətinin də alt-üst etdi. A.Akopyan Moskvaya səfəri zamanı "Qadınlar Sülh Naminə" təşəbbüsü ilə çıxış edib. O, Qarabağ döyüşlərində ölən erməni əsgərlərinin analarının bir qrupunu sentyabrın 15-də baş nazirin iqamətgahında toplayıb və onları Azərbaycan analarına müraciət etməyə çağırıb. Nikol Paşinyanın arvadı azərbaycanlı qadınları da onun başlatdığı sülh təşəbbüsünə qoşulmağa çağırıb.

Təəssüf ki paşinyanlarla akopyanların çıxşı və davranışları bir-birinə ziddiyyət təşkil edir. Nikol Azərbaycan torpaqlarına qanunsuz ayaq basmaqla işğalçı olduqlarını təsdiqləyir, xanımı isə beynəlxalq ictimaiyyətin gözünə kül üfürməklə məşğul olur. Onlar özlərini sülhsevər kimi dünyaya tanıtdırmağa çalışırlar.

Ancaq “Görünən dağa, nə bələdçi” deyiblər. Akopyanlar və paşinyanların hamısı türk düşmənliyini təbliğ edən erməni ailələrində böyüyüblər. Onlara ermənilərin yazıq etnik qrup olduğu aşılanıb. İnsanlığa nifrət ruhunda tərbiyə olunanlar isə nə qonşunu, nə də böyük mənada insanları sevə biməzlər. Çünki psixoloji kompleksləri var. Onlar daim xof içində yaşayırlar.

Bu xof onları hamıdan şübhələnməyə vadar edir. Hətta, ermənilərə dövlət qurmuş, 200 ildir onlara atalıq qayğısı göstərən Rusiyaya belə ehtiyatla yanaşırlar. 

Tarix sübut edir ki, bu etnosun təmsilçiləri həmişə böyük himayədarlarına xəyanət ediblər. Bunu onların son yüz ildə Osmanlı imperatorluğuna, İranda Pəhləvilərə asi çıxması da təsdiqləyir. Suriyada hadisələri yeni başlayanda Bəşşar Əsədə qarşı çıxdılar. Sonra nə baş verdisə, mövqelərini dəyişməyə məcbur oldular. Yeri gəlmişkən, Rusiya Ermənistanın indiki hökumətinin Suriyaya hərbçi göndərməsinə nail olub. 100 erməni əsgəri Rusiya hərbçiləri ilə birlikdə Suriyada xidmət edəcək. Bu, həm də Ermənistandakı yeni hökumətin Suriya məsələsində Moskvanın mövqeyindən çıxş etməyə vadar olunması kimi qiymətləndirilməlidir.

Xaricdəki havadarlarının, erməni diasporunun və lobbisinin yardımı ilə Ermənistanda hakimiyyət çevirlişinə başçılıq etmiş Nikol Paşinyanın Rusiya ilə davranışları da öz etnosunun xarakterindən irəli gəlir.

O, Kəlbəcərdə niyə başqa heyvanı deyil, qonur ayı balasını oynadıb? Halbuki bu rayon ərazisində dağ keçisi, cüyür, çöl donuzu, daşlıq dələsi, ular, toğlugötürən, qartal və başqa vəhşi heyvanlar var. Məsələn, Anna Akopyanın sülsevər çağırışı naminə o, cüyürün də fotosunu çəkə bilərdi.

Fikrimizcə, burada Rusiyaya bir işarə vurmaq var. Ayı Rusiyanın simvollarındandır. Nikol Paşinyan Kəlbəcərdə ayı balasının fotosunu çəkməklə Moksvaya olan münasibətini göstərib. Belə çıxır ki, Paşiyan Kəlbəcəri də Rusiya ilə bağlamağa çalşır. Hökumət başçısının bununla həmin bölgənin işğalında ermənilərə dəstək verənin ünvanını göstərdiyini də ehtimal etmək olar. Bütün hallarda Nikol Paşinyan Rusiyaya mesaj göndərir və Azərbaycanın bu bölgəsində onu özündən kiçik yerinə qoyaraq, ayı balaları ilə oynayır.

Haqqında bəhs etmək istədiyimiz başqa bir mövzu Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır. Ölkədə çıxan “Joxovurd” qəzetinin yazdığına görə, parlamentə növbədənkənar seçkilərin təxirə salınması səbəbindən Paşinyanın başçılıq etdiyi “Razılıq hökuməti” dağılmaq üzrədir: “Parlament mayda hökumət proqarmını təsdiqləyərkən, növbədənkənar seçkilər maddəsi də razılaşdırılmışdı. Ancaq indi seçkilərin keçirilməyəcəyi istisna edilmir. Odur ki, bu məsələ Paşinyanı fakt qarşısında qoyub”.

Məqalə müəllifi vəziyyətin ağır oldğunu, bunun hətta “saray çevirilişi” ilə nəticələnə biləcəyini vurğulayıb. Yazıda qeyd olunub ki, bu, Paşinyanın tərəfdarlarını itirməsinə səbəb ola bilər.

Ermənistanın keçmiş prezident Robert Koçaryan

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin cari ilin payızında keçirilməsi nəzərdə tutulmuşdu. Paşinyan bu siyasi kampaniyanın 2019-cu il may ayının sonu, iyunun birinci on günlüyündə keçiriləcəyini bildirib. O, mövcud konstitusiyada islahat aparılması layihəsinin də irəli sürüb. Bu da koalisiya qüvvələri arasında narazılığa səbəb olub.

Bu, Paşinyan bloku tərəfdarlarının parlament seçkilərinə hazır olmadığını təsdiqləyir.

Keçmiş prezident Robert Koçaryanın timsalında əks tərəf may çevrilişçilərinə hücuma keçib. Koçrayan Paşinyanı hədələyir, 2008-ci ilin mart qırğınıda müxalifət suçlayır və Rusiya prezidenti Vladimir Putinlə aralarında çəm-xəm sevgisinə işarə edir.

Bu ölkədəki siyasi ovqatı daha da tündləşdirir.  

Belə bir şəraitdə sentyabrın 23-də Yerevan şəhər Ağsaqqallar Şurasına seçkilər keçiriləcək. Bu qurum şəhər merini seçir. Seçkiqabağı kampaniya zamanı seçicilərə rüşvət verilməsi faktlar aşkarlanıb. Hadisə şəhərin Arabkir, Kanaker-Zeytun adminstrtiv dairələrində baş verib. Məsələ ilə bağlı prokurorluq cinayət işinin araşdırır.

Bu siyasi kampaniyanın nəticəsi paşinyançıların növbədənkənar seçkilərdə əldə edəcəkləri nailəyyətin ilkin göstəricisi də sayıla bilər.

Odur ki, Ermənistanda hadisələrin belə asanlıq və tezliklə səngiyəcəyini gözləmək sadəlövhlükdür. Çünki yeni hökumət nə daxili, nə də xarici maraqları təmin edəcək heç bir addım atmayıb. Başqa sözlə işğal altında olan Kəlbəcərdə ayı balası oynatmaqla iş bitmir...

Son xəbərlər

Orphus sistemi