İlqar Vəlizadə: "Ermənistanda baş verənləri saxtalaşdırmağa və Gümrüdəki hadisədə xarici siyasət izi tapmağa çalışırlar" - ŞƏRH

İlqar Vəlizadə: "Ermənistanda baş verənləri saxtalaşdırmağa və Gümrüdəki hadisədə xarici siyasət izi tapmağa çalışırlar" - ŞƏRH "Ermənistan rəhbərliyi hər vasitə ilə öz narazılığını büruzə verməməyə çalışır"
Analitika
17 Yanvar , 2015 15:51
İlqar Vəlizadə: Ermənistanda baş verənləri saxtalaşdırmağa və Gümrüdəki hadisədə xarici siyasət izi tapmağa çalışırlar - ŞƏRH

Bakı. 17. yanvar. REPORT.AZ/ "Bir çox illər ərzində Gümrüdəki baza erməni xalqının milli maraqlarının müdafiəçisi mövqeyindən çıxış edib. Bu Rusiya rəsmi dairələrindən daha çox rəsmi Yerevan tərəfindən bəyan edilib. Ermənistan hökuməti bu bazadan istifadə edərək, öz şəxsi maraqlarını qoruyub". Bu barədə "Report"a azərbaycanlı politoloq İlqar Vəlizadə Ermənistanda anti-Rusiya iğtişaşlarını şərh edərkən bildirib. 

O, qeyd edib ki, Gümrüdəki Rusiya bazasında bu cür hadisələr ilk dəfə deyil ki, baş verir: "Ermənistan mətbuatı Gümrüdəki Rusiya bazasında hərbçilərin qanunsuz hərəkətləri haqqında bir çox faktları daim gizlədilib. Bəzən bu məlumatlar mətbuata sızaraq oxucuya çatanda, hakim dairələr bunun üstünü müxtəlif yollarla ört-basdır eləməyə çalışıblar".

İ.Vəlizadə bildirib ki, Ermənistanın siyasi rəhbərliyi öz xalqının sadə suallarına cavab vermək üçün tez-tələsik şəkildə istənilən dəlilləri tapmağa çalışır. 

"Düşünürəm ki, KİV-dəki məlumatlardan göründüyü kimi də, Rusiya ilə intensiv danışıqlar çərçivəsində ermənilər cəmiyyətdə gərginliyi azaltmaq üçün qarşı tərəfdən kömək istəyir", - ekspert qeyd edib. 

O, vurğulayıb ki, Rusiya tərəfi həmin əsgərin RF məhkəməsi tərəfindən mühakimə olunmasında və RF ərazisində cəza çəkməsində təkid edir, çünki o, Rusiyanın bir sıra qanunlarını pozub. Bunun nəticəsində də o müəyyən bir dilemma qarşısında qalıb. "Təbii ki, Ermənistan rəhbərliyi hər vasitə ilə öz narazılığını büruzə verməməyə çalışır və vəziyyətə nəzarət etdiyi, həmçinin Rusiya tərəfi ilə danışıqlar apardığının görüntüsünü yaradır", - İ.Vəlizadə deyib.

"Ermənistanda baş verənləri saxtalaşdırmağa və Gümrüdəki hadisədə xarici siyasət izi tapmağa çalışırlar", - politoloq bildirib.

Son xəbərlər

Orphus sistemi