​Ermənistan indi də Gürcüstanın ərazi bütövlüyünü pozur - ŞƏRH

​Ermənistan indi də Gürcüstanın ərazi bütövlüyünü pozur - ŞƏRH Baş verən hadisə Yerevana münasibətdə Gürcüstanın daha ayıq olması üçün bir siqnaldır
Analitika
5 May , 2015 14:24
​Ermənistan indi də Gürcüstanın ərazi bütövlüyünü pozur -  ŞƏRH

Bakı. 5 may. REPORT.AZ/ Ermənistan Cənub Qafqazda qonşu dövlətlərin ərazi bütövlüyünü pozmaqla beynəlxalq hüququn prinsiplərinə hörmət etmədiyini, onu tanımadığını bir daha nümayiş etdirir. Ötən həftənin sonunda Ermənistan parlamentinin sədri Qalust Saakyan beynəlxalq hüquqla Gürcüstan ərazisi sayılan və Rusiyanın yardımı ilə "müstəqil olmuş"  Cənubi Osetiya "parlamentinin sədri" Anatoli Bibilovu qəbul edib.

Rəsmi Tbilisi bu hadisəyə sərt reaksiya verib və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirib. Gürcüstanın baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Ovik Abramyana zəng edərək, baş verən hadisəyə etirazını bildirib.

Ermənistanın baş naziri cavab olaraq bildirib ki, Anatoli Bibilov Dağlıq Qarabağda qeyri-rəsmi səfərdə olub, qayıdarkən, Yerevanda Q.Saakyanla görüşüb. Onun sölərinə görə, görüşdə Gürcüstanın ərazi bütövlüyü ilə bağlı məsələ müzakirə edilməyib. Ermənistan hökumətinin başçısı Gürcüstanın ərazi bütövlüyünü tanıdıqlarını vurğulayıb.

Gürcüstanın xarici işlər nazirinin müavini Gigi Gigiadze Yerevanın Tbilisidəki səfiri Yuri Vardanyanı nazirliyə çağıraraq, Qalust Saakyanın Anatoli Bibilovu qəbul etməsi ilə bağlı izahat istəyib.

Gürcüstanın Xarici İşlər Nazirliyi bildirib ki, baş verən hadisə iki ölkə arasında münasibətlərə ciddi zərbə vurur.

Gürcüstanın Yerəvandakı səfiri Tengiz Şarmanaşvili də Ermənistan xarici işlər nazirinin müavini Sergey Manasaryanla görüşərək, ölkəsinin etirazını bildirib: "Bizdə olan məlumata əsasən, onu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki "parlamentin sədri" dəvət edib".

Heç şübhəsiz, bu açıqlama Ermənistanın hadisəni ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Amma Ermənistanın hadisəyə hansı don geyindirməsindən asılı olmayaraq, bu adi hal sayıla bilməz.

Başqa məsələlərdə olduğu kimi Yerevanın bunu da təkbaşına etmədiyi sirr deyil. A.Bibilov iki dövlətin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini pozub. Bu işdə Ermənistana da yardım edənlərin olduğu sirr deyil. Həm Yerevan, həm də həmin qüvvələr bu səfər və qəbulla Azərbayacana və Gürcüstana təzyiqlər göstərir, istənilən vaxt ərazi bütövlüyünü pozmağa hazır olduqlarının mesajını verirlər. 

Ermənitsan həmişəki kimi belə oyunlarda alət rolunda çıxış edir.

Odur ki, hadisə ilə bağlı bəzi qənaətə gəlmək olar:

- Ermənistan hakimiyyətində vahid mövqe yoxdur;

- Yalnız Cənub Qafqazda deyil, bütövlükdə Qafqazda Ermənistan pozuculuq rolu oynayır;

- Bölgə dövlətlərinin ərazi bütövlüyünü pozmaq istəyən xarici qüvvələr üçün Ermənistan bir alətdir;

- Rəsmi Yerevan bölgə dövlətlərinə təzyiq elementidir;

- Ermənistan bölgədə sabitliyin pozluması üçün asan və ələ gələn vasitə olaraq qalır;

- Baş verən hadisə Ermənistanla münasibətdə Gürcüstanın daha ayıq olması üçün bir siqnaldır.

Son xəbərlər

Orphus sistemi