Aşqabadda dekabrın 12-də Türkmənistanın bitərəfliyinin 30 illiyi münasibətilə forum keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə danışıb.
Berdiməhəmmədov TDT ölkələrini bu foruma dəvət edib.