İqtisadi Əməkdaşlıq Təşkilatında maliyyə məsələlərini güclü bir ölkə öz üzərinə götürməlidir.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İrandakı keçmiş səfiri Cavanşir Axundov “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirəsində sonra keçirilən sual-cavab sessiyasında deyib.
Onun sözlərinə görə, hər bir təşkilatda lokomotiv olur və onu irəliyə aparır:
"İqtisadi Əməkdaşlıq Təşkilatında da isə belə bir lokomotiv ölkənin olmasına imkan verilmir. Xüsusilə maliyyə məsələlərini güclü bir ölkə öz üzərinə götürməlidir. Ümumiyyətlə, təşkilatın inkişafında dövlətçilik eqoizmindən imtina etmək lazımdır”.