Azərbaycan və Estoniya təhlükəsizlik məsələlərində oxşar mövqelərə malik iki ölkədir.
"Report" xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Estoniya XİN başçısı bu gün səhər Azərbaycan Prezidenti İlham Əliyevlə maraqlı görüş keçirdiyini qeyd edib:
"Biz geniş spektrli məsələləri müzakirə etdik və qlobal təhlükəsizliklə bağlı narahatlığımızı bildirdik", - o qeyd edib.