​Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri noyabrın 11-də başa çatıb.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, Budapeştin Ferents List Beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Macarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Digər xəbərlər