Bakı. 3 dekabr. REPORT.AZ/ "Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Parlament seçkilərindən sonra ilk səfərinizdir. Seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. Şadam ki, Siz ilk səfəri qardaş ölkəyə edirsiniz. Bu da təbiidir. Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik. Bu, bir daha Türkiyə-Azərbaycan birliyini, qardaşlığını göstərir". "Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüşü zamanı deyib. Prezident vurğulayıb ki, Azərbaycanla Türkiyənin əlaqələri ən yüksək zirvədədir: "Türkiyə və Azərbaycan bir-birinə çox yaxın olan ölkələrdir, bütün məsələlərdə bir yerdəyik, bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Şadam ki, Siz Azərbaycana böyük heyətlə gəlmisiniz. Əminəm ki, hökumətin yeni üzvləri bu günlər ərzində öz həmkarları ilə görüşəcəklər, məsələləri müzakirə edəcəklər, əlaqələrimizin inkişafı üçün yeni yollar axtaracaqlar və tapacaqlar. Bizim əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Biz bütün sahələrdə gözəl inkişafı görürük. Əminəm ki, Sizin səfəriniz də bu istiqamətdə çox önəmli addım olacaqdır. Bir daha xoş gəlmisiniz".
Prezident İlham Əliyev: "Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik"
Digər xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
28 oktyabr, 2026 / 21:53
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
28 oktyabr, 2026 / 21:42
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
28 oktyabr, 2026 / 18:55
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
28 oktyabr, 2026 / 18:39
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
28 oktyabr, 2026 / 18:12
Acarıstanın mədəniyyət naziri Azərbaycanla birgə orkestrin yaradılmasını təklif edib - Eksklüziv
28 oktyabr, 2026 / 17:32
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
28 oktyabr, 2026 / 17:26
Azərbaycan Məkkə Konvensiyasına qoşulub
28 oktyabr, 2026 / 16:54
Fərid Şəfiyev: Azərbaycan Aİ ilə münasibətlərdə paradiqmanı dəyişməyə çalışır - Müsahibə
28 oktyabr, 2026 / 16:44
İran səfiri: Korrupsiya ilə bağlı mübarizədə çoxtərəfli əməkdaşlıq faydalıdır
28 oktyabr, 2026 / 16:00
Azərbaycan və Kot-d'İvuar arasında münasibətlərin inkişafı müzakirə edilib
28 oktyabr, 2026 / 15:51
Seneqal korrupsiya ilə mübarizədə Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır
28 oktyabr, 2026 / 15:46
Bosniya və Herseqovina Azərbaycan prokurorluğu ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır
28 oktyabr, 2026 / 15:44
Egmontun direktoru: Aİ və Azərbaycan münasibətləri prioritet olaraq qalmalıdır - Eksklüziv
28 oktyabr, 2026 / 15:36
Burkina-Faso İƏT-in korrupsiya ilə mübarizə orqanlarının görüşünün Bakıda keçirilməsini alqışlayıb
28 oktyabr, 2026 / 15:22
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
28 oktyabr, 2026 / 14:03