Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya biznesini Azərbaycan hökumətinin yaratdığı imkanlardan yararlanmağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə o Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.
"Mən Rusiya biznesini Azərbaycan hökumətinin təklif etdiyi təşəbbüs və imkanlara diqqət yetirməyə çağırıram", - o qeyd edib.
Overçuk həmçinin bildirib ki, analoji potensial Rusiyada, o cümlədən xüsusi iqtisadi zonalar çərçivəsində də mövcuddur. "Mən Azərbaycan biznesini də Rusiyadakı, o cümlədən xüsusi iqtisadi zonalarımız çərçivəsindəki imkanları nəzərdən keçirməyə çağırıram - bu, səmərəli kooperasiya əlaqələrinin formalaşmasına kömək edə bilər", - Baş nazirin müavini əlavə edib.