Maqdalena Qrono: Aİ-nin ali nümayəndəsinin səfəri zamanı Azərbaycanla münasibətlərin bütün spektri nəzərdən keçirildi

Avropa İttifaqının (Aİ) ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın səfəri zamanı Azərbaycanla münasibətlərin bütün spektri nəzərdən keçirildi.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono "X" sosial şəbəkəsindəki hesabında paylaşımında bildirib.

"Vacib səfər və yüksək səviyyəli məsləhətləşmələr çərçivəsində Aİ-nin ali nümayəndəsini Azərbaycanda müşayiət etdim. Avropa İttifaqı - Azərbaycan münasibətlərinin bütün spektri nəzərdən keçirildi, regional əməkdaşlıq və əlaqəlilik, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı".

Digər xəbərlər