İsrail Prezidenti: “İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq”

“Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik”.

“Report” xəbər verir ki, bu fikirləri İsrail Prezidenti İsxak Hersoq mayın 30-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatla çıxış edən zaman bildirib.

“Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”, - İ.Hersoq vurğulayıb.

Prezident İlham Əliyev israilli həmkarını Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, Yaxın Şərqə təsiri barədə məlumatlandırıb.

Digər xəbərlər