Britaniyanın ölkəmizdəki keçmiş səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı verib.

“Report” xəbər verir ki, o, bu barədə tviter hesabında paylaşım edib.

“Mənim ürəyim hələ də Azərbaycanladır”, - C.Şarp paylaşımında bildirib.

Xatırladaq ki, ötən ilin avqust ayında onun ölkəmizdəki diplomatik fəaliyyəti başa çatmışdı.

Digər xəbərlər