BMT rəsmisi: Dövlət institutlarına inamın artırılması olduqca mühüm məsələdir

Bu gün dünyada dövlətə ictimai etimadın azalması problemi ilə üzləşdiyimiz bir vaxtda dövlət xidmətlərinin vətəndaşlara keyfiyyətli şəkildə təqdim edilməsi və dövlət institutlarına inamın artırılması olduqca mühüm mesajdır.

"Report" xəbər verir ki, bunu BMT Baş katibinin müavini Raniya Əl-Məşat Bakıda "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq sammit çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O Azərbaycanı və "ASAN xidmət" rəhbərliyini yalnız Birləşmiş Millətlər Təşkilatı ilə deyil, həm də bir çox ölkələrlə həyata keçirdikləri səmərəli əməkdaşlığa, innovasiya və dövlət xidmətlərinin idarə olunması ilə bağlı ideyaların dünyada təşviqinə verdikləri töhfələrə görə təbrik edib:

"Azərbaycanın bu sahədəki təcrübəsi son dərəcə müsbət və möhkəm təməllərə malikdir. Bu gün "ASAN xidmət" ilə anlaşma memorandumu imzaladıq. Bu memorandumun imzalanmasından çox məmnunuq. Memorandum nazirliklə Yaxın Şərqdəki, xüsusilə ərəb regionundakı bir çox ölkələr arasında əməkdaşlığın inkişafına imkan yaradacaq. Həmin ölkələr də dövlət xidmətlərinin göstərilməsinə və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirirlər. Bu memorandum bizə azərbaycanlı həmkarlarımızla əməkdaşlıq edərək Azərbaycanın əldə etdiyi nailiyyətləri digər ölkələrdə də təşviq etmək imkanı verəcək".

Digər xəbərlər