Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavacaya medal təqdim edib.
"Report" xəbər verir ki, mükafatlandırma Bakıdakı "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq sammit çərçivəsində baş tutub.
Medal "ASAN xidmət"lə səmərəli əməkdaşlığa görə" təqdim edilib.