Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Cibuti Rəsmiləşdirmə və Sosial Müdafiə üzrə Əmək Nazirliyi, BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası, eləcə də Şri-Lankanın Dövlət İdarəçiliyi, Əyalət Şuraları və Yerli Özünüidarəetmə Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
"Report" xəbər verir ki, imzalanma Bakıda keçirilən "BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq sammit çərçivəsində baş tutub.