SOCGOV2026 çərçivəsində Azərbaycandan və digər ölkələrdən sosial layihələr qiymətləndiriləcək.
"Report" xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov oktyabrın 20-də keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, gələn il başa tutacaq tədbir beynəlxalq səviyyəli olacaq, mükafatlandırma mahiyyəti daşıyacaq:
"Bununla da ilk dəfə Bakıda sosial layihələrin qiymətləndirilməsi aparılacaq".
F.Məmmədov bildirib ki, SOCGOV layihəsi ümumilikdə beş il müddətini əhatə edir:
"SOCGOV2027 layihəsi türk dövlətlərinin toplantısı səviyyəsində baş tutacaq. Daha sonra sosial sahədə forum keçirməyi planlaşdırırıq".