Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev "X" sosial şəbəkə hesabında yazıb.
"Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev Avstriya-Türkiyə və Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Qrupunun sədri Volfqanq Qerstl və qrupun üzvü Adreas Minnix ilə nəzakət görüşü keçirib", - paylaşımda bildirilib.
Qeyd olunub ki, görüşdə ölkələr arasındakı münasibətlərin aktual aspektlərinə və parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb.