Azərbaycanın İrandakı səfiri əyalət valisi ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Tehranda Gilan əyalətinin valisi Haqşenas Hadi ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyindən bildirilib.

Görüşdə ikitərəfli əlaqələrdə əyalətin Azərbaycanın rayonları ilə əməkdaşlığının daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti