Azərbaycanda səfərdə olan Türkiyə HDQ-nin komandanı Birol Akgünlə görüşüb

Azərbaycanda səfərdə olan Türkiyənin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu Türkiyə səfiri Birol Akgünlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Bakıdakı diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu Azərbaycana rəsmi səfəri çərçivəsində səfirimiz Birol Akgünü ziyarət edib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

Görüşün təfərrüatları verilməyib.

Xatırladaq ki, daha əvvəl müdafiə naziri general-polkovnik Zakir Həsənov Tatlıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdi.

Xəbər lenti