​Azərbaycan və Tacikistan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı. 17 may. REPORT.AZ/ Tacikistan xarici işlər nazirinin müavini Nizomiddin Zohidi cümə günü Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənovu qəbul edib.

"Report" "CA-News"a istinadən xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

"Görüş zamanı tərəflər Tacikistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər", - deyə məlumatda bildirilir.

Görüşdə, həmçinin BMT-nin 2015-ci ildə Mərkəzi Asiya iqtisadiyyatı üçün nəzərdə tutulan Xüsusi proqramı (SPECA) çərçivəsində Tacikistan-Azərbaycan əməkdaşlığı məsələsinə toxunulub.

Digər xəbərlər