Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Müzakirələr Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədovla çexiyalı həmkarı Lubomir Frebort arasında baş tutan görüşdə aparılıb: "Görüşdə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzində olub".