Azərbaycan və Rusiya prokurorluqların əməkdaşlığını aktivləşdirmək barədə razılığa gəlib

Azərbaycan və Rusiya iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığı aktivləşdirmək barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev rusiyalı həmkarı Aleksandr Qutsanla birgə brifinqdə bildirib.

"Prokurorluq xidmətlərimiz arasında yaxşı münasibətlər formalaşıb. Qanunun aliliyi təmin edilib. Bu gün biz xalqlarımızın, cəmiyyətlərimizin və dövlətlərimizin rifahı naminə daha çox səy göstərmək barədə razılığa gəldik", - K.Əliyev bildirib.

Digər xəbərlər