Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Bakı şəhərində yerləşən abidəsi ziyarət olunub.

"Report" xəbər verir ki, ziyarət Türkiyənin Cümhuriyyət Bayramı münasibəti ilə baş tutub.

Ziyarətdə Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvləri iştirak ediblər.

Abidənin önünə gül dəstələri qoyulub.

Digər xəbərlər