Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin deputatı Xumar Məmmədova Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Regionlar Palatasının vitse-prezidenti seçilib.
"Report"un yerli bürosu xəbər verir ki, oktyabrın 27-29-da Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 51-ci sessiyasında Konqresin bir sıra rəhbər vəzifələrinə, o cümlədən Regionlar Palatasının vitse-prezidenti vəzifəsinə seçkilər keçirilib.
Avropa Mühafizəkarları və İslahatçıları Qrupunun namizədi, Azərbaycan nümayəndə heyətinin üzvü, Ali Məclisin deputatı X.Məmmədova keçirilən səsvermə nəticəsində Konqresin Regionlar Palatasının vitse-prezidenti seçilib.
Bununla Azərbaycan Avropa Şurasına 25 illik üzvlüyü tarixində ilk dəfə Konqresin rəhbər orqanında təmsil olunacaq.