ABŞ Azərbaycanda autizmli insanlara yardım sahəsində tərəfdaşlarını dəstəkləməyə davam edəcək

ABŞ autizmli insanlara yardım sahəsində fəaliyyət göstərən azərbaycanlı tərəfdaşlarına dəstəyini davam etdirmək niyyətindədir.

"Report"un ABŞ diplomatik missiyasının "X" sosial şəbəkəsindəki paylaşımına istinadən verdiyi məlumata görə, oktyabrın 30-da ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzini ziyarət edib.

Qeyd olunub ki, bu səfər ABŞ hökumətinin Azərbaycanda autizmli şəxslərə dəstəyini bir daha təsdiqləyib.

Diplomatik missiyadan vurğulayıblar ki, Birləşmiş Ştatlar qlobal ictimai səhiyyənin getdikcə daha çox diqqət tələb edən prioritet məsələlərindən biri olan autizm sahəsində fəaliyyət göstərən azərbaycanlı tərəfdaşlarına dəstəyini davam etdirməkdə qərarlıdır.

Digər xəbərlər