Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Andrea Belluzzi və cənab Roberto Venturiniyə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Zati-aliləri,
San-Marinonun milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".