Bakı. 29 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Ram Baran Yadava təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına sülh və firavanlıq arzulayıram".