Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Finlandiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim sülh və firavanlıq diləyirəm".