Ankarada Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konfrans təşkil edilib

Türkiyənin paytaxtı Ankarada “100 illik yubiley: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” konfransı keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviterdə paylaşım edib.

"Hacettepe Universiteti ilə birgə təşkil etdiyimiz konfransda Ulu Öndərin "bir millət-iki dövlət" prinsipi ilə inkişaf edən əlaqələri haqqında çıxışlar edilib, onun bu əlaqələrin inkişafındakı xidmətləri minnətdarlıqla vurğulanıb", - paylaşımda deyilir.

Digər xəbərlər