ABŞ dövlət katibi Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri Respublikaçı alternativ hərəkatının icraçı katibi Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayıb.

"Report"un məlumatına görə, bu barədə dövlət katibinin bəyanatında bildirilir.

Dövlət katibi eyni zamanda sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum ərəfəsində açıq və kütləvi dialoqu dəstəklədiyini də qeyd edib. 

Qeyd edək ki, Natiq Cəfərli avqust ayında həbs edilmişdi. O, bu günlərdə azadlığa buraxılıb. 

Digər xəbərlər