Turizm rəsmisi: “Azərbaycanda 5 ulduzlu hotellərə tələbat daha çoxdur”

“Azərbaycanda daha çox 5 ulduzlu hotellər inşa edilir, çünki onlara tələbat daha çoxdur”.

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional Turizmin İnkişafı sektorunun müdiri Elgün Cavadov deyib.

Bununla belı, onun sözlərinə görə, dövlət aşağı ulduzlu hotellərin də inşasında maraqlıdır: “İqtisadiyyat Nazirliyi turizm sektoruna investisiyaların cəlb edilməsi ilə bağlı investisiya təşviqi sənədi verir. Bu sənəddə regionlarda aşağı ulduzlu hotellərin tikintisi nəzərdə tutulur”, - o deyib.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00