"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"nın sədri dəyişib

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinə yeni sədr seçilib.

"Report" xəbər verir ki, bu, Göydəniz Qəhrəmanovdur.

O, Assosiasiyanın 2-ci Baş Assambleyası çərçivəsində keçirilən seçkidə sədr təyin olunub və yeni vəzifəsində Rüfət Hacıyevi əvəz edib. Keçmiş sədr isə Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun turizm sənayesinin inkişafı üzrə müşaviri vəzifəsinə təyinat alıb.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00