Azərbaycan İtaliyada keçiriləcək turizm sammitinə qatılacaq

Azərbaycan iyunun 27-dən iyulun 3-nə qədər İtaliyanın Milan şəhərində keçiriləcək “Qlobal Gənclər Turizmi Sammiti”ndə iştirak edəcək.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Tədbir BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) dəstəyi, İtaliyanın Turizm Nazirliyinin və Milli Turizm Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Sərgidə Azərbaycanı Dövlət Turizm Agentliyi təmsil edəcək.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00