Azərbaycan daha 7 ölkədə turizm nümayəndəliyi açacaq

Dövlət Turizm Agentliyi Səudiyyə Ərəbistan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (1), Çin, Sinqapur (2), Rusiya və Qazaxıstanda (3) təmsilçilik xidmətlərinin satın alınması üşün təkliflər sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini oktyabrın 14-ü, saat 18:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 96E (Landmark I) ünvanına təqdim edə bilərlər.

Təkliflərə oktyabrın 15-i qeyd olunan ünvanda baxılacaq.

Digər xəbərlər